Gürcüstan azərbaycanlısı olan soydaşımız 3-cü dəfə dünya çempionu oldu
Gürcüstan azərbaycanlısı olan soydaşımız 3-cü dəfə dünya çempionu oldu
Həmyerlimiz Rafiq Xudayev İtaliyanın Peruca şəhərində keçirilən Kung Fu Sanda yarışları üzrə keçirilən dünya çempionatında qızıl medal qazanaraq, dünya çempionu olub.
Soydas.az xəbər verir ki, əslən Gürcüstanın Marneuli rayonundan olan Rafiq Aslan oğlu Xudayev Kung Fu üzrə 3 qat dünya çempionudur.
O eyni zamanda, Kikboksinq və Kunq-fu idman növü üzrə "Sarvan" klublarının prezidenti, "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası","Azərbaycan Respublikasının Əməkdar Məşqçisi" olan Rafiq Xudayev həm də ədliyyə polkovnikidir.
Qeyd edək ki, 1985-ci ildən idmanın sambo növü ilə məşğul olmağa başlayan Rafiq Xudayev daha sonra kyokşin-karate uşu, kikboksinq və 2010-cu ildən isə kunq-fu idman növü ilə məşğul olub.
2014-cü ilin iyun ayında İtaliyanın Sardiniya adasında kunq-fu üzrə keçirilən dünya cempionatında ilk dəfə dünya çempionu olub. 2015-ci ilin may ayında Lihnano Sabbiadoro şəhərində keçirilən dünya cempionatında isə yenidən dünya cempionu adına layiq görülüb. 2016-cı ilin iyun ayında İtaliyanın Friulli Venezia Giulia şəhərində keçirilmiş dünya cempionatında (veteran idmançılar arasında) dünya cempionu olub.
“Soydaş” ailəsi olaraq, qələbə münasibətilə Rafiq Xudayevi təbrik edir, ona uğurlar arzulayırıq.
Www.soydas.az