Akademik Ramiz Məmmədovun məzarı ziyarət olundu

image

Bu gün akademik Ramiz Məmmədovun anım günüdür.

Soydas.az xəbər verir ki, akademikin bu anım günündə onun məzarını Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitunun bir qrup əməkdaşı və Soydaş ictimai Birliyinin üzvləri bir yerdə ziyarət ediblər.

Akademikin məzarı başında çıxış edən həmkarları və dostları onunla bağlı xatirələrini bölüşüb, bir rəhbər və yaradıcı şəxs kimi onun örnək davranışlarını nümunə olaraq göstəriblər.

 Qeyd olunub ki, öz sahəsinin peşəkarı kimi, onun Xəzər dənizinin dərindən və əsaslı şəkildə öyrənilməsi ilə bağlı tədqiqatları bu sahədə bacarıqlı mütəxəssislərin yetişdirilməsində əsas rol oynayıb.

Akademik Ramiz Məmmədovun elmi fəaliyyəti ilə yanaşı, onun ictimai fəaliyyətinə də toxunan natiqlər bildirib ki, xüsusilə onun doğulub, boya-başa çatdığı Borçalı ilə bağlı yorulmaz fəaliyyəti bu gün də böyük ehtiramla xatırlanır.    

Qeyd edək ki, Ramiz Məmmədov 07 iyun 2021-ci ildə 71 yaşında ürək tutmasından dünyasını dəyişib. Məzarı II Fəxri xiyabandadır.

 

Www.soydas.az

Paylaş:

Xəbər lenti