Abdullah Öcalan PKK-ya “silahı yerə qoyun” çağırışı edib

image

Bu gün PKK terror təşkilatının həbsdəki lideri  Abdullah Öcalan tərəfdarlarına çağırış edib.  Onun adından yayılan yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı yer alıb.

“Bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır. Mən silahı yerə qoymağa çağırıram və bu çağırışa görə tarixi məsuliyyəti öz üzərimə götürürəm”, - Öcalanın müraciətində deyilir.

Qeyd edək ki, DEM Partiyasının rəhbərliyi bu gün İmralı adasında Öcalanla danışıqlar aparıb.

Danışıqların nəticəsində PKK liderinin müraciətinin yayımlanması qərara alınıb.

Danışıqlardan sonra İstanbulda təşkil olunan mətbuat konfransında Öcalanın müraciətini DEM Partiyasının rəhbərliyində təmsil olunan Ahmet Türk kürdcə, Pervin Buldan isə türk dilində oxuyub.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Əfqan Ala PKK lideri Abdullah Öcalanın son çağırışını şərh edib. Ə.Ala bu çağırışın terror qruplaşmasının özünü ləğv etməsi anlamına gəldiyini bildirib. “Biz nəticəyə baxacağıq”, - deyə o qeyd edib.

 

Www.soydas.az

Paylaş:

Xəbər lenti