Gürcüstanda kriminal qruplaşmanın 7 üzvü saxlanılıb
Gürcüstanda kriminal qruplaşmanın 7 üzvü saxlanılıb
Gürcüstanın İmereti bölgəsində kriminal qruplaşmaya qarşı əməliyyatı nəticəsində 7 nəfər saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hakimin icazəsi əsasında aparılmış gizli istintaq tətbirləri nəticəsində, kriminal qruplaşmanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müxtəlif bizneslərə qarşı qanunsuz təsir göstərdiyi müəyyən edilib.
Saxlanılan şəxslərə qarşı açılmış cinayət işləri üzrə 15 ilədək həbs cəzası nəzərdə tutulur.
Www.soydas.az