Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul saxlanılıb
Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul saxlanılıb
Moldovanın Qaqauziya Muxtar ərazisinin rəhbəri Yevgeniya Qutsul Kişinyov hava limanında 72 saatlıq saxlanılıb.
Soydas.az APA-ya istinadla xəbər verir ki, bu barədə jurnalistlərə onun müşaviri Yuri Kuznetsov məlumat verib.
“Yevgeniya Aleksandrovna martın 25-dən 30-dək Beynəlxalq Jurnalistika Konqresinin dəvəti ilə İstanbula getməliydi. Bundan başqa, Qaqauziya rəhbəri Türkiyədə muxtariyyət üçün vacib olan məsələləri müzakirə etməyi planlaşdırırdı”, - Kuznetsov qeyd edib.
Moldovanın Milli Antikorrupsiya Mərkəzi Qutsulun Kişinyov hava limanında 72 saatlıq saxlandığını, bütün təfərrüatların çərşənbə günü açıqlanacağını bildirib.
Www.soydas.az