Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Bakıda Əməkdar Mədəniyyət işçisi, ustad aşıq Hüseyn Saraçlının anadan olmasının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək.
“Aşıq yaradıcılığı: təşəkkülü, inkişaf mərhələləri və müasir istiqamətləri” mövzusunda təşkil olunacaq beynəlxalq elmi konfrans aşıq sənətinin tarixi, formalaşma və inkişaf mərhələləri, eləcə də müasir dövrdə bu sənətin qarşısında duran məsələlərin elmi müstəvidə müzakirəsinə həsr ediləcək.
Konfransın plenar iclası 2026-cı il oktyabrın 8-də, saat 14:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Akademik zalında keçiriləcək.
Plenar iclasdan sonra beynəlxalq elmi konfrans öz işini beş bölmə üzrə davam etdirəcək. Bölmələrdə aşıq yaradıcılığının müxtəlif aspektləri, sənətin ənənəvi xüsusiyyətləri, tarixi inkişaf yolu və müasir istiqamətləri ilə bağlı elmi məruzələrin dinlənilməsi və müzakirəsi nəzərdə tutulur.
Konfransın ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunması onun Azərbaycan aşıq sənətinin inkişafında oynadığı rolun, yaradıcılıq irsinin və sənət ənənələrinin elmi baxımdan araşdırılması baxımından da əhəmiyyət daşıyır.
Tədbir Bakı şəhəri, Hüseyn Cavid prospekti 129 ünvanında yerləşən AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək.
Tarix: 8 oktyabr 2026-cı il
Saat: 14:00
Məkan: AMEA Mərkəzi Elmi Kitabxanasının Akademik zalı
Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti, 129
Www.soydas.az