Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsinin təşəbbüskarı Fransa kəşfiyyatıdır
Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsinin təşəbbüskarı Fransa kəşfiyyatıdır
"Ermənistan və Azərbaycan orduları arasında yeni gərginlik və zərbələr mübadiləsi. Niyə? Axı hər iki tərəf sülh sazişi imzalamaq istəyir".
Bu fikirləri Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov özünün "Telegram" kanalında yazıb.
Ermənistan ordusu Avropa İttifaqının missiyasının olduğu rayondan zərbələr endirib. Ola bilsin ki, zərbələr mübadiləsinin təşəbbüskarı Fransa kəşfiyyatıdır. Axı Makron Ermənistanın əsas hərbi müttəfiqi olmaq və beləliklə, Rusiyanı bu mövqedən çıxarmaq istəyir. Buna görə də Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlardan əsas yararlanacaq olanlar Fransa, Aİ və NATO-dur", - nəşrdə deyilir.
Www.soydas.az