Dmanisidə “Xocalı soyqrımı-qan yaddaşımız!” adlı anım mərasimi keçrilib

image

Dmanisidə fəaliyyət göstərən Dmanisi Tədris Mərkəzində  Xocalı soyqrımının 32-ci ildönümü  ilə əlaqədar “Xocalı soyqrımı-qan yaddaşımız!” adlı anım mərasimi keçrilib.

Soydas.az xəbər verir ki, Mərasimdə mərkəzimizin müəllim və şagird kollektivi , ictimaiyyət nümayəndələri , eləcə də tələbələr iştirak edib.

İlk olaraq Xocalıda həlak olanların və  şəhidlərimizin xatirəsi yad edilib. Daha sonra Dmanisi Tədris Mərkəzinin rəhbəri Kamran Xıdırov  tədbir iştirakçılarına Xocalı soyqrımı haqqında geniş məlumat verib.Anım mərasimində çıxış edən mərkəzin fənn müəllimləri Azərbaycan tarixinin  ən dəhşətli və faciəli səhifələrindən biri olan Xocalı soyqırımının təkcə xocalılara yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer aldığını bildiriblər.

Anım mərasiminin sonunda “İşgəncələr məbədi-Şuşa həbsxanası”adlı sənədli film nümayiş olunub.

Www.soydas.az

Paylaş: