“Solovyovu danışdıran erməni oliqarxların çirkli pulu, parasıdır” – QHT sədri

image

"Azərbaycan terrora məruz qalan ölkələr sırasındadır. Biz həmişə terroru lənətləmişik. Terror insanlığa qarşı düşünülmüş ən məkrli planlardan biridir. Bu baxımdan Rusiyaya keçmiş olsun".

Soydas.az xəbər verir ki, bu fikirləri “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov QHT.az- a açıqlamasında bildirib.

O, təəsüflə qeyd edib ki, Rusiya mətbuatında, ictima-siyasi sektorunda olan bəzi şəxslər son günlər bu məsələdə azərbaycanlı izi axtarmağa başlayıblar: "Bunun da önündə Solovyov soyadlı “məhşur” durur. O, öz soyadına uyğun olmayaraq davranır, qarğa kimi qırıldamaqda davam edir. Solovyov bu məsələdə tək deyil. Onun havadarları da var. Rusiya böyük dövlətdir, burada siyasi düşüncələrə malik olan şəxslər, eyni zamanda hərbi dairələrdə olan şəxslər var ki, zaman –zaman Azərbaycana olan məkrli münasibətlərini hiss edirik. Rusiya ictimai-siyasi cəmiyyətinə təsir edən Simonyan, Zatulin kimi şəxslər, mütəşəkkil bir dəstə var ki, bu prosesə qoşulublar, sanki bir yerlərdən idarə olunur kimi görünürlər. Bu dəstəyə bir yerlərdən tezislər gəlir. Onlar da bu tezislər əsasında danışılar".

QHT sədri ikinci bir versiya da səsləndirib, bu məsələdə Rusiyada yaşayan erməni əsilli milyaderlərin, oliqarxların təsirini gördününü vurğulayıb: "Solovyovun o erməni oliqarxlardan qidalandığı haqqında bizdə ciddi məlumatlar var. Bu məlumatlar artıq dəqiqləşdirilib. Onu danışdıran oliqarxların pulu, parasıdır. Çirkli pulların sayəsində bu düşüncələri gündəmə gətirirlər. Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikası ilə və Rusiya Federasiyası arasında müttəfiqlik, qarşılıqlı fəaliyyət haqqında 2022-ci il 22 fevralda imzalanmış bir bəyannamə var. Bu bəyannamənin müvafiq bəndlərinə uyğun olaraq, Azərbaycan və Rusiya dövlətləri bir –birilərinə qarşı mediada əks təbliğat aparmamalıdır, terrorçuluğa qarşı bir yerdə mübarizə aparırlar. Təəssüf ki, Solovyov kimiləri bu bəyanatı ciddi şübhə altına alırlar və müttəfiqlik sazişinə kölgə salırlar. Müttəfiqliyə hansısa formada mane olmağa çalışırlar. Düşünürəm ki, bu Rusiya və Azərbaycan arasında olan münasibətlərə təsir etməməli və Rusiya tərəfi bu sazişlərə sadiq qalmağa davam etməlidir”.

Pərvanə Fərhadqızı

Www.soydas.az

Paylaş: