Salome Zurabişvili: "Rusiya bizə qarşı hibrid strategiyaya başlayıb"
Salome Zurabişvili: "Rusiya bizə qarşı hibrid strategiyaya başlayıb"
"Rusiya hibrid strategiyaya başlayıb və bizim Avropa İttifaqına daxil olmağımıza mane olmağa çalışır, onlara isə açıq-aydın indiki hökumət kömək edir".
Bu sözləri ölkə Gürcüstan prezidenti Salome Zurabişvili CNN telekanalına müsahibəsində deyib.
O bildirib ki, Gürcüstan Avropa İttifaqına daxil olmağın yolunu seçkilər yolu ilə tapmalıdır: “Bu, strategiyaya çevrilməlidir və növbəti seçkilərə yönəlməlidir. Bu ölkədə daha çox çevrilişlərə, radikal qərarlara ehtiyacımız yoxdur, bu ölkədə sabitlik qalmalıdır və seçkilərdə Avropaya doğru yolumuzu qazanmalıyıq. Bu il, seçkilərin mövzusu Rusiya və ya Avropa olacaq və mən Gürcüstanın nə seçəcəyinə şübhə etmirəm”, - deyə prezident bildirib.
Www.soydas.az