Cahit Bağçı: Azərbaycanın COP29-u təşkil etməsi böyük uğur hekayəsidir
Cahit Bağçı: Azərbaycanın COP29-u təşkil etməsi böyük uğur hekayəsidir
“COP29 qlobal səviyyədə izlənilən bir tədbirdir, həmin tədbir zamanı müxtəlif məsələlər dünya ictimaiyyətinin diqqət mərkəzində olur”.
Soydas.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı söyləyib.
Səfir xatırladıb ki, Azərbaycan buna qədər 4 il Qoşulmama Hərəkatına yüksək səviyyədə sədrlik edib. Həmçinin İslam Konfransı Təşkilatının bir çox Zirvə görüşlərinə və İslam Həmrəylik Oyunlarına da ev sahibliyi edib. O, Azərbaycanın bu il COP29-u təşkil etməsini böyük uğur hekayəsi adlandırıb.
Www.soydas.az