Prezidentinin qanun layihəsinə qoyduğu vetonu Parlament komitəsi ləğv edib

image

Bu gün Gürcüstan parlamentinin hüquq komitəsi prezidentin "Xarici agentlər" haqqında qanuna veto qoymasının ləğv edilməsini təsdiqləyib.

Soydas.az "Report"un yerli bürosuna istinadən xəbər verir ki, məsələ sabah plenar iclasda müzakirəyə çıxarılacaq və həllini tapacaq.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı" haqqında qanuna veto qoymuşdu.

Www.soydas.az

Paylaş: