Tbilisinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

image

Mayın 28-də Gürcüstanın paytaxtı Tbilisi səhərinin ən hündür parkında - Mtatsminda parkında yerləşən televiziya qülləsi və Kür çayı üzərindəki “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Teleqüllə və körpü 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə işıqlandırılıb.

İşıqlandırılma Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə həyata keçirilib.

Www.soydas.az

Paylaş: