Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə gedib

image

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə gedib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Www.soydas.az

Paylaş: