Alen Simonyan: Düşmənçiliyə son qoyulmalıdır

image

“Ümid edirəm ki, Ermənistan ilə Azərbaycan arasında sülh bərqərar olunacaq, onilliklərlə davam edən düşmənçiliyə son qoyulacaq”.

Soydas.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan parlamentin növbədənkənar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Alma-Ata Bəyannaməsi”nin prinsiplərinə uyğun olaraq Azərbaycan ilə sərhədlərin delimitasiyası prosesi başa çatdırılmalı və bununla da iki dağıdıcı müharibəyə səbəb olan, onilliklərlə davam edən düşmənçiliyə son qoyulmalıdır.

Www.soydas.az

Paylaş: