Gürcüstan QHT-ləri Konstitusiya Məhkəməsində iddia qaldırır
Gürcüstan QHT-ləri Konstitusiya Məhkəməsində iddia qaldırır
Gürcüstanın 121 QHT-si “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə bu gün Konstitusiya Məhkəməsində iddia qaldıracaq.
Soydas.az xəbər verir ki, bunu İnformasiya Azadlığının İnkişafı İnstitunun nümayəndəsi Giorgi Davituri yerli mətbuata bildirib.
"Mübahisəli qanun vətəndaşların ölkənin ümumi məqsədinə - yaxşılıq etmək və insanlara kömək etmək üçün birləşmək hüququnu məhdudlaşdırır”, - o bildirib.
G.Davituri QHT-lərin Avropa İnsan Haqları Məhkəməsində də (AİHM) iddia qaldırmağa hazırlaşdığını qeyd edib.
Www.soydas.az