Tbilisidə Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
Tbilisidə Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində 22 İyul - Azərbaycanın Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Soydas.az-ın xəbərinə görə, tədbirdə AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov, Azərbaycan Televiziyasının (AzTV) Gürcüstan üzrə müxbiri Ruslan Həsənov, “Report” informasiya agentliyinin müxbiri Xanlar Mehdiyev Azərbaycan-Gürcüstan arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə təltif olunublar.
Tədbirin sonunda “Alyans”da təşkil olunmuş dil kurslarını uğurla başa vuran məzunlara sertifikatlar da təqdim edilib.
Www.soydas.az