Gürcüstanın Gəncədə yeni Baş konsulu təyin edilib

image

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gürcüstanın Gəncə şəhərinə yeni təyin olunmuş Baş konsulu Kaxaber Abdaladze ilə nəzakət görüşü keçirib.

Niyazi Bayramov konsulu təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Şəhər rəhbəri qədim Gəncə şəhərinin tarixindən söz açıb, sənaye və iqtisadi potensialından danışıb. 
Niyazi Bayramov Azərbaycan və Gürcüstan arasında olan dostluq münasibətlərindən də söz açıb. O qeyd edib ki, ötən il görkəmli gürcü yazıçısı Nikolos Barataşvilinin vaxtilə onun çalışdığı Cavadxan dəftərxana muzeyinin binasının fasadına xatirə lövhəsi vurulub.

Kaxaber Abdaladze səmimi görüşə görə öz minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan və Gürcüstan xalqları tarixən dostluq münasibətlərini qoruyub saxlayıblar. Bu münasibətlərin inkişafına hər iki ölkənin regionları arasında qurulan əməkdaşlıq əlaqələri də təsirsiz ötüşmür.

Söhbət zamanı bu əlaqələrin genişləndirilməsi istiqamətində atıla biləcək addımlar, gələcək prespektivlər müzakirə olunub.
 

Www.soydas.az

Paylaş: