Məhkəmə Saakaşvilinin təkrar həbsinə qərar verib

image

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili barəsində sərhədi qanunsuz keçmə ittihamı üzrə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.

Bu gün Tbilisidə keçirilən məhkəmə prosesində prokuror təqdimatla çıxış edib. O, M.Saakaşvilinin yenidən həbsini tələb edib.

Məhkəmədə işə yenidən baxılacağı elan edilib və bildirilib ki, müttəhim şahidlərə və məhkəmə istintaqının gedişinə təsir göstərməməsi üçün həbs olunmalıdır.

 M.Saakaşvili 2021-ci il sentyabrın 29-da Gürcüstanın dövlət sərhədini qanunsuz keçərək ölkəyə gəlib və həmin il oktyabrın 1-də həbs olunub. 

Www.soydas.az

Paylaş: