Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş avtomobil yolunun açılışını edib

image

Bu gün Prezident İlham Əliyev paytaxtın Xətai rayonu ərazisində “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı şəhərində tıxac probleminin azaldılması məqsədilə Xətai rayonu ərazisində Üzeyir Hacıbəyli küçəsində yerləşən və uzun illər istismar edildiyindən yükgötürmə qabiliyyətini itirmiş bu körpü may ayının 20-dən sökülməyə başlayıb.

1962-ci ildən istismarda olan və uzunluğu 202 metr, eni 17,3 metr təşkil edən 12 aşırımlı “Cavanşir” körpüsü söküldükdən sonra yerində yeni avtomobil yolu tikilib. Dəmir yolu vasitəsilə dəniz limanına yüklərin çatdırılması üçün bu körpüdən uzun illər istifadə olunmuşdu. Lakin son illər körpü artıq əhəmiyyətini itirmişdi və yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə cavab vermirdi. Ona görə də, sökülməsi məqsədəuyğun hesab edilmişdi.

Www.soydas.az

Paylaş: