İki gün isti olacaq - XƏBƏRDARLIQ

image

Növbəti iki gün ərzində Azərbaycanda havanın temperaturu yüksələcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-38° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 6-7-də havanın maksimal temperaturunun Naxçıvan MR və Aran rayonlarında 35-38°, bəzi yerlərində 40°, dağlıq ərazilərdə 25-30° olacağı gözlənilir.

Www.soydas.az

Paylaş: