950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərində 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Soydas.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, ümumilikdə 1508 nəfər namizədlik üçün müraciət edib: “1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. Onlardan 1420 nəfərə imza vərəqi verilib, 1197 nəfər isə imza vərəqələrini qaytarıb”.
Www.soydas.az